fim.az

Şəhriyar Məmmədyarov dünya çempionatına 3 qələbə ilə başlayıb

27-12-2018, 13:16

Şəhriyar Məmmədyarov dünya çempionatına 3 qələbə ilə başlayıb















Rusiyanın Sankt-Peterburq şəhərində şahmatın rapid və blits növləri üzrə dünya çempionatı start götürülüb.
Report bildirir ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi və Kral Salmanın adını daşıyan yarışın ilk günündə rapid növündə kişilər arasında 5 tur keçirilib.

Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov ukraynalı Eldar Həsənov, misirli Amin Bassem və rusiyalı Aleksandr Morozeviçə qalib gəlsə də, ermənistanlı Tiqran Petrosyan və ukraynalı Anton Korobovla heç-heçə edib. Bu nəticələrdən sonra Məmmədyarov 4 xalla 4 - 18-ci yerləri bölüşür.

Azərbaycanın digər kişi şahmatçılarına gəldikdə, Qədir Hüseynov 3,5 xalla 19 - 45-ci, Rauf Məmmədov 3 xalla 46 - 89-cu pillələrdə qərarlaşıb.
Qadınların mübarizəsində isə 4 tur oynanılıb. Azərbaycan təmsilçilərindən ən yüksək nəticəni 2 qələbə, 2 heç-heçə edən Gülnar Məmmədova göstərib. O, ilk yarış günündən sonra 3 xalla 8 - 29-cu pillələri bölüşür. Günay Məmmədzadə 2,5 xalla 30 - 52-ci, Zeynəb və Türkan Məmmədyarova bacıları 2 xalla 53 - 76-cı pillələri bölüşürlər.

Qeyd edək ki, rapid növündə mübarizəyə dekabrın 28-də yekun vurulacaq. Kişilər 15, qadınlar 12 tur yarışacaqlar.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 382}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22