fim.az

“Çelsi”nin əfsanəsi olmaq istəyirəm” — Hazard

28-12-2018, 12:05

“Çelsi”nin əfsanəsi olmaq istəyirəm” — Hazard
















İngiltərənin “Çelsi” klubunun futbolçusu Eden Hazard London klubunun əfsanəsi olmaq istəyir.
Xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə futbolçu “Uotford”la matçdan sonra deyib:

“Bu qolu heç vaxt unutmayacağam. Amma biz hamımız daha artığını istəyirik. Qalib gələndə oyundan həzz alırıq. Mən “Çelsi”də mümkün qədər çox qol vurmaq istəyirəm. Lempard, Terri, Droqba kimi klubun əfsanəsi olmağa çalışacam. Bunun üçün bütün gücümlə hazırlaşıram”.
Qeyd edək ki, Hazardla “Real”ın maraqlandığı iddia olunur. Ancaq belçikalı yarımmüdafiəçi son açıqlaması ilə"Çelsi"də qalmaq istədiyini bildirib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 392}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22