fim.az

İtaliya “İnter”inin azarkeşləri cəzalandırılıb — İrqçiliyə görə

28-12-2018, 12:28

İtaliya “İnter”inin azarkeşləri cəzalandırılıb — İrqçiliyə görə
















İtaliya Futbol Federasiyası Milanın “İnter” klubunu cəzalandırıb.
Bu barədə “France Presse” agentliyi məlumat yayıb.

Xəbərə əsasən, komanda növbəti iki ev oyununu boş tribunalar önündə oynayacaq.

Buna klub azarkeşlərinin “Napoli” ilə matçda rəqib komandanın futbolçusu Kalidu Kulibaliyə qarşı irqçi ifadələr işlətməsi səbəb olub.
“Yuventus”un portuqaliyalı hücumçusu Kriştiano Ronaldo da Kulibaliyə dəstək verib. O, dünyada və futbolda insanların bir-birinə hörmət etməli olduğunu vurğulayıb. Ronaldo rasizmə və diskriminasiyaya yer olmadığını söyləyib.

Qeyd edək ki, görüş “İnter”in 1:0 hesablı qələbəsi ilə başa çatıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 348}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22