fim.az

Mahir oyundan sonra “Neftçi”nin futbolçusuna mesaj yazdı – Foto

4-02-2019, 09:17

Mahir oyundan sonra “Neftçi”nin futbolçusuna mesaj yazdı – Foto















“Qarabağ” – “Neftçi” matçından sonra Mahir Mədətov Mamadu Mbodja İnstaqramda mesaj yazıb.

“Qafqazinfo” xəbər verir ki, “Qarabağ”ın gənc oyunçusu Mbodjun ona əl uzatdığını görmədiyini və buna görə istədiyini bildirib:

“Mən həmin epizodda sənin əl uzatdığını görmədim. Buna görə üzr istəyirəm. Ümid edirəm ki, hər şey aramızda yaxşı olar. Mən irqçi deyiləm. Bilirsən ki, bu bir oyundur. Sənə uğurlar arzulayıram”.

Mahirin bu mesajına Mbodjdan cavab gecikməyib və bunları yazıb:

“Salam dostum. Narahat olma, bu bir oyundur və bunların baş verməsi normaldır. Sənin irqçi olmadığını bilirəm. Sən yaxşı oyunçusan. Sənə komandanla birlikdə uğurlar arzulayıram”.

Qeyd edək ki, oyunun gedişində epizodlardan birində Mbodj Mahirə qarşı kobudluq etdikdən sonra üzr istəmək üçün əl uzadıb, lakin M.Mədətov onu görməyib.

Mahir oyundan sonra “Neftçi”nin futbolçusuna mesaj yazdı – Foto
Mahir oyundan sonra “Neftçi”nin futbolçusuna mesaj yazdı – Foto


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 356}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22