fim.az

Maykl Esyen “Səbail”də Müqavilə bağlandı — FOTO

16-03-2019, 14:53

Maykl Esyen “Səbail”də Müqavilə bağlandı — FOTO















“Səbail” Futbol Klubu dünya şöhrətli Maykl Esyenlə müqavilə bağlayıb.
Qanalı futbolçu 15 ay müddətində Bakı klubunun formasını geyinəcək.

O, həmçinin U-19 komandasının məşqçilər heyətində də yer alacaq.

Xatırladaq ki, Qana millisinin heyətində 58 oyuna doqquz qol vurmuş yarımmüdafiəçi azad agent statusuna malik idi.
Peşəkar karyerasına Fransa “Bastia”sında başlayan Esyen ən çox oyuna İngiltərənin “Çelsi” klubunda çıxıb.

Yarımmüdafiəçi “Çelsi” formasında 168 oyunda 19 qol vurub.

O, İspaniya paytaxtının “Real” və İtaliya nəhəngi “Milan”ın da şərəfini qoruyub.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 404}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22