fim.az

“Formada deyiləm” - Toğruldan açıqlama

20-06-2019, 11:58

“Formada deyiləm” - Toğruldan açıqlama


“Hələ ki, tam formada deyiləm. Ona görə də Avropa oyunlarına gedə bilmirəm".

Bu sözləri "Qafqazinfo"ya açıqlamasında Olimpiya çempionu Toğrul Əsgərov Minskdə keçiriləcək II Avropa Oyunlarında iştirak edəcək güləş üzrə Azərbaycan yığmasının heyətində yer almamasına münasibət bildirərkən deyib.

O qeyd edib ki, hədəfi dünya çempionu olmaqdır:

"İstəyirəm ki, ilk olaraq turnirlərdə xalça üzərinə çıxım. Hədəfim dünya çempionatıdır. Tam fiziki hazırlığı bərpa edib orada yaxşı çıxış etmək və Olimpiya oyunlarına vəsiqə qazanmaq istəyirəm”.

26 yaşlı idmançı zədəsindən də danışıb: “Zədəmi sağaltmışam. Yəni heç bir problem yoxdur. İstəyim və arzum var ki, Olimpiya Oyunlarında uğur qazanım”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 340}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22