» » “Səbail” və “Neftçi” Avropa Liqasında ilk oyununu keçirəcək

“Səbail” və “Neftçi” Avropa Liqasında ilk oyununu keçirəcək

  • 11-07-2019, 09:37
  • idman
  • 11
“Səbail” və “Neftçi” Avropa Liqasında ilk oyununu keçirəcək

Bu gün Azərbaycanın iki komandası futbol üzrə Avropa Liqasında mübarizəyə başlayacaq.

APA-nın məlumatına görə, yarışa I təsnifat mərhələsindən qoşulacaq “Səbail” və “Neftçi” ilk oyunlarını keçirəcək.

Topaz Premyer Liqasının bürünc mükafatçısı olan “Səbail” avrokuboklarda debüt edəcək. Bakı klubu ilk görüşünü evdə keçirəcək.

Paytaxt futbolçuları Rumıniyanın “Universitatya Krayova” klubu ilə üz-üzə gələcək. Aftandil Hacıyevin yetirmələri güclü rəqibi adlamaq üçün doğma azarkeşlər önündə sərfəli nəticə qazanmalıdır. Əks halda, bir həftə sonra bakılıların işi çətin olacaq.

Avrokuboklar təcrübəsi daha zəngin olan “Neftçi” mövsümə səfərdə başlayacaq. Azərbaycanın ən titullu klubunun rəqibi də daha əlverişlidir.

Bakılılar Moldovada “Speranta” ilə üz-üzə gələcək. Vaxtilə bu ölkədə çalışan Roberto Bordinin rəqibi daha yaxşı tanıması da paytaxt klubunun lehinədir.

Oyun Moldova klubunun doğma meydanında deyil, Kişinyovda baş tutacaq. Bu amil “ağ-qaralar”ın rəqibinin daha kiçik dəstəklə qalacağı deməkdir. Bakıdan Kişinyova öz hesablarına yollanan azsaylı “Forza Neftçi” azarkeşlərinin dəstəyi Azərbaycanın vitse-çempionuna yardım olacaq.

Qeyd edək ki, hər iki komandamız cavab oyununu iyulun 18-də keçirəcək.

Avropa Liqası
I təsnifat mərhələsi
İlk oyunlar
11 iyul

20:00. “Səbail” (Azərbaycan) – “Universitatya Krayova” (Rumıniya)
Baş hakim: Fyodor Zammit
Baş hakimin köməkçiləri: Dunkan Sultana, Teodore Zammit
Dördüncü hakim: Mario Apap
(hamısı Malta)
UEFA nümayəndəsi: Patrik Vattebled (Fransa)
Hakim-inspektor: Miroslav Vitkoviç (Xorvatiya)
Bakı. “ASCO Arena”

21:00. “Speranta” (Moldova) – “Neftçi” (Azərbaycan)
Baş hakim: Timoti Marşall
Baş hakimin köməkçiləri: Pol Robinson, Endryu Neteri
Dördüncü hakim: Tomas Entoni Klark (hamısı Şimali İrlandiya)
Hakim-inspektor: Gevorq Hovanisyan (Ermənistan)
UEFA nümayəndəsi: Hanna Bordyuhova (Ukrayna)
Kişinyov. “Zimbru” stadionu
Oxşar xəbərlər
Şər və Böhtan yazanlara TUTARLI CAVAB - Əyyub Əyyubov
Kürdəmir rayon Karrar regional kənd xəstəxanasının baş həkimi Məsum Əliyev rəhbərliyin etimadını daim doğruldur
“Neft daşları”ında neftçilərə baha qiymətə yararsız yemək sırıyan “Xəzər İaşə”... - Yeyinti ittihamı
Sənan Hacıyevin villaları: Gəncə Mədəniyyət İdarəsində işə qəbul neçəyədir? – Şok ittihamlar
ANONS! Bilal Əliyev və Əlixan Zeynalov  Şirvan MERO-da «bazar» açıb- ŞOK FIRILDAQLIQ - Cənab nazirin nəzərinə!
Əli Həsənov Nəsimi rayon Tibbi Sosial Ekspertiza Komissiyasında
Gəncə şəhər Təhsil Şöbəsinin müdiri Zakir Hüseynov - Şərəfli həyat yolu
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov haqqında bəzi jurnalistlərin gülünc yazılarına TUTARLI CAVAB - ÖZƏL
Yel qayadan nə apara bilər? - Xaçmaz Regional Mədəniyyət İdarəsinin Rəisi Nazim Ağayev
Günün qoroskopu: kiçik maliyyə itkiləri olacaq
İsmayıllı şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL+FOTOLAR
Göyçayın internat məktəbində direktorun korrupsiya əməlləri və özbaşınalığı müəllimləri ayağa qaldırdı
Qubalılar Ziyəddin müəllimi sevir və ona olan dərin minnətdarlıqlarını hər zaman bildirəcək
Kürdəmir rayonunda hesabat yığıncağı keçirilib
Fuad Hacıyev əsl ziyalı vicdanlı və vətənpərvər şəxsiyyətdir - ÖZƏL
Azərbaycan nefti yenidən bahalaşıb
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Mədəniyyət