fim.az

İsmayıl Abdullayev şərhçilikdən uzaqlaşdırıldı – Efirdə dediyi bu sözlərə görə

19-08-2019, 09:59

İsmayıl Abdullayev şərhçilikdən uzaqlaşdırıldı – Efirdə dediyi bu sözlərə görə

İngiltərə Premyer Liqasının ilk turunda keçirilən və “İdman Azərbaycan” telekanalı vasitəsiylə canlı yayımlanan “Mançester Yunayted” – “Çelsi” matçı zamanı irqçiliyə yol varən şərhçi İsmayıl Abdullayev 1 ay müddətinə efirdən uzaqlaşdırılıb.

Bu barədə Abdullayevin özü İnstaqram hesabında paylaşım edib:

“Gözünüz aydın! Bir ay müddətinə şərhlərdə olmayacam. Bilmirəm, qayıdacam, yoxsa yox”.

Qeyd edək ki, həmin oyun zamanı şərhçilər Tərlan Şahinoğlu ilə İsmayıl Abdullayev arasında dialoq yaşanıb. Şahinoğlu “Çelsi”nin qaradərili futbolçusu N’Golo Kanteni nəzərdə tutaraq, “Kante geriyə qayıtdı, özünü oda atdı, amma yanmadı” deyib. İsmayıl Abdullayev isə cavabında “Yansaydı da, rəngində bir fərq olmayacaqdı” söyləyib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 307}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22