fim.az

Avropa Liqasında “play-off” mərhələsinin ilk oyunları keçirilib – NƏTİCƏLƏR

23-08-2019, 09:32

Avropa Liqasında “play-off” mərhələsinin ilk oyunları keçirilib – NƏTİCƏLƏR

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinə start verilib.

“Report”un məlumatına görə, ilk oyunlar çərçivəsində 21 matç baş tutub. Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Qarabağ” Şimali İrlandiyada “Linfild”in qonağı olub. Qarşılaşma Ağdam təmsilçisinin 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Türkiyənin “Trabzonspor” klubu da ilk oyununu səfərdə keçirib. Ünal Karamanın baş məşqçisi olduğu kollektiv Yunanıstanda AEK-i məğlubiyyətə uğradıb – 3:1.

Azərbaycanlı futbolçusu Ayaz Quliyevin çıxış etdiyi Rusiya “Spartak”ı isə Portuqaliyada “Braqa”ya minimal hesabla uduzub – 0:1

Avropa Liqası

“Play-off” mərhələsi, ilk oyunlar

18:00. “Astana” (Qazaxıstan) – BATE (Belarus) 3:0

19:00. “Ararat” (Ermənistan) – “Düdelanj” (Lüksemburq) – 2:1

21:00. “Malmö” (İsveç) – “Bney Yehuda” (İsrail) 3:0

21:00. “Suduva” (Litva) – “Ferentsvaroş” (Macarıstan) – 0:0

21:30. “Feyenoord” (Hollandiya) – “Hapoel Bier-Şeva” (İsrail) – 3:0

21:30. “Ludoqorets” (Bolqarıstan) – “Maribor” (Sloveniya) – 0:0

21:45. “Kopenhagen” (Danimarka) – “Riqa” (Latviya) – 3:1

22:00. AEK (Yunanıstan) – “Trabzonspor” (Türkiyə) – 1:3

22:00. “Legiya” (Polşa) – “Reyncers” (Şotlandiya) 0:0

22:30. “Alkmaar” (Hollandiya) – “Antverpen” (Belçika) – 1:1

22:30. “Styaua” (Rumıniya) – “Vitoriya” (Gimaraynş, Portuqaliya) – 0:0

22:30. “Gent” (Belçika) – “Riyeka” (Xorvatiya) – 2:1

22:30. PSV (Holldnaiya) – “Apollon” (Kipr) 3:0.

22:30. “Strasburq” (Fransa) – “Ayntraxt” (Almaniya) – 1:0

22:45. “Braqa” (Portuqaliya) – “Spartak” (Rusiya) – 1:0

22:45. “Seltik” (Şotlandiya) – AİK (İsveç) – 2:0

22:45. “Linfild” (Şotlandiya) – “Qarabağ” (Azərbaycan) – 3:2

23:00. “Espanyol” (İspaniya) – “Zarya” (Ukrayna) – 3:1

23:00. “Partizan” (Serbiya) – “Molde” (Norveç) – 2:1

23:00. “Slovan” (Slovakiya) – PAOK (Yunanıstan) – 1:0

23:00. “Torino”(İtaliya) – “Vulverhempton” (İngiltərə) – 2:3


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 367}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22