» » İki boksçumuz DÇ-nin 1/4 finalında

İki boksçumuz DÇ-nin 1/4 finalında

  • 18-09-2019, 10:55
  • idman
  • 18
İki boksçumuz DÇ-nin 1/4 finalında

Rusiyanın Yekaterinburq şəhərində boks üzrə keçirilən dünya çempionatında 1/8 final mərhələsinin döyüşləri başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu mərhələdə rinqə çıxan Azərbaycan millisinin 4 üzvündən ikisi çıxışını qələbə ilə bitirib.

Avropa Oyunlarının qalibi Dominqes Alfonso (81 kq) 1/4 finala gedən yolda avstriyalı Umar Cambekovla üz-üzə gəlib. Qarşılaşma Azərbaycan təmsilçisinin xeyrinə yekunlaşıb. Alfonso rəqibini 4:1 (27:30, 30:27, 29:28, 30:27, 30:27) hesabı ilə məğlub edib. O, 1/4 finalda özbəkistanlı Dilşodbek Ruzmetovla münasibətinə aydınlıq gətirəcək.

Alfonsonun uğurunu +91 kq çəki dərəcəsində çıxış edən Məhəmməd Abdullayev də davam etdirib. Misirli Yosri Rezk Mustafa ilə döyüşən boksçumuz 3:2 (29:28, 29:28, 28:29, 27:30, 29:28) hesablı qələbə qazanıb. O, 1/4 finalda avstraliyalı Justis Huni ilə gücünü yoxlayacaq.

Digər iki boksçumuz Məsud Yusifzadə (52 kq) və Tayfur Əliyev (57 kq) isə 1/8 final qarşılaşmasında məğlub olublar.

Qeyd edək ki, dünya çempionatında 1/4 final mərhələsinin görüşləri sentyabrın 18-də keçiriləcək. Azərbaycanın hər iki boksçusu rinqə axşam sessiyasında çıxacaq.
Oxşar xəbərlər
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət