fim.az

Millimizin üzvləri hoteldə siqaret çəkdi — AFFA cərimələdi

24-10-2019, 09:27

Millimizin üzvləri hoteldə siqaret çəkdi — AFFA cərimələdi

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının futbolçuları Avropa çempionatının ilkin seçmə mərhələsinin qrup oyunlarını (9-15 oktyabr) keçirdiyi Çexiyada hoteldə siqaret çəkiblər.
Sportfm.az xəbər verir ki, oyunçular otelə ziyan vurduqlarına görə AFFA cərimə ödəyib.

Futbolçuların siqaret çəkməsi faktı komandanın məşqçi heyəti tərəfindən müəyyən olunub. Məsələ ilə bağlı komandanın baş məşqçisinin təqdimatına əsasən AFFA tərəfindən həmin futbolçular cərimələnib və müqavilə ilə məxsus olduqları klublar bu barədə müvafiq qaydada məlumatlandırılacaq.
İntizam qaydalarını pozan həmin futbolçuların gələcəkdə milli komandaya dəvət olunub-olunmayacağı barədə qərar baş məşqçi tərəfindən veriləcək.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 47}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22