fim.az

“Qarabağ”dan ayrılandan sonra futbol oynamaq istəmirdim” – Reynaldo

30-10-2019, 11:02

“Qarabağ”dan ayrılandan sonra futbol oynamaq istəmirdim” – Reynaldo

Hazırda fərdi məşqlər edirəm. Ona görə də oyunlara baxmaq imkanım çox olmur. Amma istənilən halda “Qarabağ”ın nəticələrini izləyirəm”.

Bu sözləri “Qarabağ”ın sabiq forvardı Reynaldo deyib.

Ağdam klubunun ən yaddaqalan forvardlarından olmuş Reynaldo Ağdam təmsilçisinin Avropa Liqasındakı çıxışı və qrupdan çıxmaq şanslarını dəyərləndirib: “Qarabağ”ın qrupdakı çıxışı yaxşıdır. İnanıram ki, “Qarabağ” növbəti mərhələyə çıxacaq. APOEL və “Sevilya”ya qarşı çətin olacaq. Amma futbolda hər şey mümkündür. Ümidvaram ki, “Qarabağ” üçün hər şey yaxşı olacaq”.

Hazırda klubsuz olan braziliyalı oyunçu yenidən Azərbaycana qayıtmaq istədiyini söyləyib: “Qarabağ”dan ayrıldıqdan sonra çox üzülmüşdüm, heç futbol belə oynamaq istəmirdim. “Qarabağ” və Azərbaycan millisinə hər zaman uğurlar arzulayıram, onların yaxşı nəticələr qazanmasını istəyirəm. Orada yaşayan dostlarıma da həmçinin. Azərbaycana qayıtmaq istəyərdim. Hər şeyi zaman göstərəcək” (Sportinfo.az).


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 57}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22