fim.az

Ronaldo ilə Sarri arasında gərginlik - Fotolar+Video

11-11-2019, 11:11

Ronaldo ilə Sarri arasında gərginlik - Fotolar+Video

İtaliya A Seriyasının XII turunda evdə Allianz stadionunda “Yuventus”un “Milan”ı 1:0 hesabı ilə məğlub etdiyi oyunda Kriştiano Ronaldo ilə baş məşqçi Mauritsio Sarri arasında gərgin anlar yaşanıb.

Sarri matçın qolsuz keçən ikinci yarısında qəribə addım atıb. O, oyunun 55-ci dəqiqəsində Ronaldonu oyundan çıxararaq onu Paulo Dibala ilə əvəzləyib. Ronaldo baş məşqçinin üzünə belə baxmadan paltardəyişmə otağına yollanıb. İtalyan futbolsevərlər Sarrinin qərarına etiraz edərək “Bu adam Ronaldonun karyerasına son qoyacaq” deyiblər.

Sarri isə daha sonra açıqlamasında “Ronaldo dizindən yaralanmışdı. Əsəbi və gərgin idi. Vəziyyəti yaxşı görünmürdü. Riskə getmədim və oyundan çıxardım” deyib.

Xatırladaq ki, “Lokomotiv Moskva” ilə görüşün 82-ci dəqiqəsində də Sarri hesab 1:1 olarkən Ronaldonu meydandan çıxarmış, onu Duqlas Kosta ilə əvəzləmişdi. Sarri həmin oyundan sonra da Ronaldonu ayağındakı problem səbəbindən oyundan çıxardığını bildirmişdi.



Ronaldo ilə Sarri arasında gərginlik - Fotolar+Video
Ronaldo ilə Sarri arasında gərginlik - Fotolar+Video


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 288}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22