fim.az

Ronaldo rekorda doğru - 11 qol qaldı

15-11-2019, 15:00

Ronaldo rekorda doğru - 11 qol qaldı

Portuqaliyalı futbol ulduzu Kriştianu Ronaldo tezliklə milli komandalarda vurulan qol sayına görə dünya rekordçusu ola bilər.

AVRO-2020-nin seçmə mərhələsində Portuqaliyanın Litvanı 6:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada Ronaldo 3 qola imza atıb. Bununla 34 yaşlı forvard karyerasında 55-ci het-trikini edib. Ronaldo sonuncu dəfə bu ilin sentyabrında - yenə Litva ilə matçda 4 qol vurmuşdu.

Ronaldo dunənki het-trikindən sonra millidə vurduğu qolların sayını 98-ə çatdırıb. İndi onu dünya rekordçusu - İran yığmasında oynamış cənublu soydaşımız Əli Daidən (109 qol) cəmi 11 top ayırır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 22}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22