fim.az

“Qarabağ”dan vacib matçla bağlı - “Sona qədər vuruşacağıq”

25-11-2019, 11:09

“Qarabağ”dan vacib matçla bağlı - “Sona qədər vuruşacağıq”


“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda İspaniyanın “Sevilya”nın qonağı olacaq.

Qarşılaşma Ağdam klubu üçün əhəmiyyətlidir. Meydan sahibləri 1/16 finala vəsiqəni təmin ediblər.

“Qarabağ” Nikosiyada APOEL-ə məğlubiyyətdən sonra işini çətinə salsa da, hələ də şansları var. Bunun üçün çətin səfərdə ən azı uduzmamaq lazımdır.

Klubun sosial şəbəkə hesabı futbolçuları motivasiya edəcək paylaşım edib. Ağdamlıların media xidməti matçın afişasını “"#yenitarixüçün son saniyəyə qədər meydanın hər nöqtəsində vuruşacağıq!” başlığı ilə yerləşdirib.

“Qarabağ”dan vacib matçla bağlı - “Sona qədər vuruşacağıq”


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 29}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22