fim.az

Həbibdən Ronaldoya İSMARIC — İdmanı vaxtında tərk etmək lazımdır!

13-12-2019, 11:42

Həbibdən Ronaldoya İSMARIC — İdmanı vaxtında tərk etmək lazımdır!


UFC-nin yüngül çəkidə mütləq çempionu Həbib Nurmaqomedov"Yuventus" futbol klubunun hücumçusu Kristiano Ronaldoya məsləhət verib.
O, portuqaliyalı ulduz futbolçuya idmanı vaxtında tərk etməyi tövsiyə edib. Bu barədə məlumatı “Sport-Express” nəşri yayıb.

Həbib bildirib ki, uzun müddətdir Ronaldo ilə dostluq edirvə onun bir nömrəli fanatıdır. Döyüşçü qeyd edib ki, hər hansı bir idman növünü vaxtında tərk etmək lazımdır.
"Ona və özümə məsləhətim, hər şeyi vaxtında bitirmək lazımdır".

Qeyd edək ki, Nurmaqomedov qaydasız döyüş növündə (MMA) 28 qələbə qazanıb ki, bunlardan səkkizi nokautla bitib. Rusiyalı idmançı UFC-də növbəti döyüşünü 18 aprel 2020-ci ildə amerikalı Toni Ferqüsona qarşı keçirəcək.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 49}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22