fim.az

Voleybol üzrə Azərbaycan millisi mübarizəyə başlayır

7-01-2020, 09:56

Voleybol üzrə Azərbaycan millisi mübarizəyə başlayır


Bu gün 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli qadın voleybolçular arasında Avropa Təsnifat Turnirinə start veriləcək.
Niderlandın Apeldorn şəhərində təşkil olunacaq yarışda Azərbaycan millisi də mübarizə aparacaq. Vаsif Tаlıbovun baş məşqçi olduğu kollektiv A qrupunda Niderland, Bolqarıstan və Polşa ilə mübarizə aparacaq. B qrupunda isə Türkiyə, Almaniya, Belçika və Xorvatiya yığmaları çıxış edəcək.

Azərbaycan millisi ilk görüşünü meydan sahiblərinə qarşı keçirəcək. Bu gün Almaniya - Türkiyə və Polşa - Bolqarıstan qarşılaşmaları da olacaq.

Reqlamentə əsasən, qrupda ilk iki yeri tutacaq komandalar yarımfinala yüksələcəklər. Burada çarpaz olaraq üz-üzə gələcək yığmalar ardınca finalçını müəyyənləşdirəcəklər. Həlledici görüşdə isə Tokio-2020 Yay Olimpiya Oyunlarında Avropanı təmsil edəcək sonuncu komandanın adı dəqiqləşəcək.

Komanda üzvləri məsul yarışa hazırlıq məqsədilə Türkiyə və Polşada təlim-məşq toplanışları keçərək yoxlama oyunlarında qüvvələrini sınayıblar. Nəticədə millinin yekun heyəti müəyyənləşib:

Toppaylayıcılar: 14. Kristina Yaqubova, 18. Şəfaqət Alışanova,

Blokçular: 6. Ayşən Abduləzimova, 21. Kseniya Pavlenko, 22. Mariya Kirilyuk

Hücumçular: 3. Anastasiya Qurbanova, 4. Nelli Salbişvili, 8. Yelizaveta Səmədova, 10. Nikalina Başnakova, 17. Polina Rəhimova, 20. Marqarita Əzizova
Liberolar: 16. Yuliya Kərimova, 19. Bəyaz Alıyeva,

Baş məşqçi: Vasif Talıbov

Məşqçilər: Famil Ağayev, Eldar Yusubov

Avropa Təsnifat Turniri

7 yanvar

22:30. Azərbaycan - Niderland

Apeldorn (Niderland), "Omnisport" salonu


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 9}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22