fim.az

Azərbaycanın Avropa Liqasının finalından əldə etdiyi qazanc açıqlandı

29-01-2020, 09:44

Azərbaycanın Avropa Liqasının finalından əldə etdiyi qazanc açıqlandı


2019-cu il mayın 20-da Bakı Olimpiya Stadionunda keçirilmiş UEFA Avropa Liqasının final matçı ilə əlaqədar Azərbaycana birbaşa 175 milyon manat nağd vəsait daxil olub.

Report verdiyi məlumata görə, bu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hesablamaları əsasında müəyyənləşib. Bildirilir ki, İngiltərənin "Çelsi" və "Arsenal" komandaları arasındakı görüşün təşkilindən 680 milyon manat iqtisadi qazanc götürülüb.

Görüşün keçirilməsi üçün isə vergilər də daxil olmaqla 13 milyon 333 min 491 manat xərclənib. Bu məbləğ Azərbaycan Respublikasının dövlət büdcəsindən Maliyyə Nazirliyinin ayırdığı vəsait və AFFA-dan ayırmalar hesabına formalaşıb. Maliyyə Nazirliyindən 11 milyon manat, AFFA-dan 2 milyon 333 min 491 manat ayrılaraq layihənin büdcəsinin formalaşmasına yönəldilib.

Qeyd edək ki, final matçında "Çelsi" "Arsenal"a 4:1 hesabı ilə qalib gəlib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 29}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22