fim.az

Yeniyetmə və gənclərin Avropa çempionatı ləğv olundu

10-08-2020, 09:58

Yeniyetmə və gənclərin Avropa çempionatı ləğv olundu


Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin virtual iclası keçirilib.“Qafqazinfo” xəbər verir ki, iclasda ilin sonunadək keçirilməsi nəzərdə tutulan bəzi yarışlarla bağlı qərarlar qəbul edilib.

Belə ki, COVİD-19 pandemiyasının davam etməsi səbəbindən İK səsvermə yolu ilə sentyabr-oktyabr aylarında keçirilməsi planlaşdırılan bütün beynəlxalq turnirlərin, o cümlədən yeniyetmələr və gənclər arasında Avropa çempionatlarının ləğv edilməsini qərara alıb. Xatırladaq ki, ötən ay açıqlanan təqvimə əsasən, oktyabrın 5-dən 11-dək Polşada yeniyetmələrin, həmin ayın 19-dan 25-dək isə Şimali Makedoniyada gənclərin Avropa çempionatının keçirilməsi nəzərdə tutulmuşdu.

UWW-nin prezidenti Nenad Laloviç qəbul edilmiş bu qərarları belə şərh edib: "Biz dünya miqyasında pandemiya ilə bağlı görülən tədbirləri izləməyə davam edəcəyik. İdmançılarımızın təhlükəsizliyinə və sağlamlığına qayğı göstərmək üçün məsuliyyət daşıyırıq. Uğurla rəqabət apara biləcəyimiz zamanda yenidən güləşməyə davam edəcəyik".

Qeyd edək ki, İK gələn ay növbəti iclasını keçirəcək və bu ilin yarış təqvimini bir daha müzakirə edəcək


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 370}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22