fim.az

Azərbaycan əsilli döyüşçü UFC-də növbəti qələbəsini qazandı, şəhidlərimizi yad etdi - VİDEO

14-12-2020, 14:19

Azərbaycan əsilli döyüşçü UFC-də növbəti qələbəsini qazandı, şəhidlərimizi yad etdi - VİDEO


Azərbaycan əsilli MMA döyüşçüsü Rafael Fiziyev UFC-də dördüncü döyüşünə çıxıb.
Oxu.az xəbər verir ki, o, bu dəfə ABŞ-ın Las-Veqas şəhərində keçirilən UFC-nin əsas yarışında döyüşüb. Fiziyevin UFC-256 turnirinin yüngül çəkili döyüşündəki rəqibi braziliyalı Renato Moykano olub.

Rafael 1-ci raundda (4:05) rəqibini sol yumruğu ilə nokauta göndərib. Baş hakim döyüşü saxlayaraq, qələbəni Fiziyevə verib.

Qazaxıstan doğumlu, Qırğızıstan vətəndaşı olan, lakin milliyyətcə azərbaycanlı olan, "Ataman" ləqəbli Rafael Fiziyev bununla da peşəkar MMA-da doqquzuncu qələbəsini (bir məğlubiyyəti var – S.M.) qazanıb. Bu onun UFC-də üçüncü qələbəsi olub.

Döyüşdən sonra Rafael Fiziyev Vətən Müharibəsindəki qələbə münasibətilə Azərbaycanı təbrik edib, şəhidlərimizə Allahdan rəhmət diləyib.



Qeyd edək ki, yüngül çəkidə gecənin əsas döyüşlərindən biri amerikalı Toni Ferqyusonla braziliya Şarlis Oliveyra arasında keçirilib. Tanınmış Ferqyuson hakimlərin qərarı ilə məğlub elan edilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 205}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22