fim.az

Azərbaycan millisində yeni baş məşqçi

22-01-2021, 10:54

Azərbaycan millisində yeni baş məşqçi


Azərbaycanın idman gimnastikası üzrə qadınlardan ibarət millisinə yeni baş məşqçi təyin olunub. “Qafqazinfo” Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yığma Belarusdan olan Olqa Barkalavaya tapşırılıb.

Barkalava təyinatı ilə bağlı təəssüratlarını bölüşüb. O, millinin məşq etdiyi zalla və gimnastlarla tanış olduğunu bildirib: "İdman gimnastikasının inkişafı üçün burada hər cür şərait var. Çox gözəl məşq zalıdır. Mənə göstərilən etimada görə çox minnətdaram və çalışacağam ki, Azərbaycanın qadın idman gimnastları Avropa və dünya arenasında güclü rəqabət aparmaq bacarığına malik olsunlar”.

Qeyd edək ki, Olqa Barkalava 22 ildir ki, qadın idman gimnastikası üzrə məşqçilik fəaliyyəti ilə məşğul olur. O, son 6 il ərzində Belarus millisinin məşqçisi kimi fəaliyyət göstərib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 68}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 2323331