fim.az

Abşeron güləşçisi dünya çempionu oldu

17-08-2022, 13:30

Abşeron güləşçisi dünya çempionu oldu
Ölkəmizdə gənclərə ən yüksək diqqət və qayğı göstərilir, uğurlu dövlət gənclər siyasəti həyata keçirilir. Xalqımızın ulu öndəri Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun davam etdirilməsi gənclərin hərtərəfli fəaliyyətinə geniş imkanlar yaradıb. Bu imkanlardan istifadə edən gənclərimiz idman sahəsində uğurlar qazanır, Abşeron idamnçıları ölkə və dünya miqyasında keçirilən idman yarışlarında və çempionatlarda layiqincə təmsil olunurlar.

Avqustun 15-də Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə U-20 dünya çempionatı start götürüb. Aqustun 21-dək davam edəcək mundialda güləşin hər 3 növü üzrə millilərimiz iştirak edəcəklər. Azərbaycan millisinin tərkibində Abşeron idmançılarıda var. Belə ki, ölkəmizi təmsil edən idmançılardan üç nəfəri - Kənan Heybətov (70 kq), Birgül Soltanova (62 kq) və Mərziyə Sadıqova(65 kq) Xırdalan şəhərində fəaliyyət göstərən Abşeron Güləş Məktəbinin yetirmələridir.

Abşeron Güləş Məktəbinin direktoru, əməkdar məşqçi Mais Məsimov bildirib ki, Kənan Heybətov avqustun 16-da keçirilən U-20 dünya çempionatında bütün rəqiblərini üstəliyərək finala yüksəlib. 70 kq çəki dərəcəsi üzrə həlledici qarşılaşmada rəqib ABŞ təmsilçisi Miçel Mesenbrink olub. İlk hissəni 7:2 hesabı ilə öndə tamamlayan Abşeronun sərbəst güləşçisi Heybətov ikinci yarıda da üstünlüyünü qoruyaraq, 13:7 hesabı ilə qalib gəlib və karyerasında ilk dəfə dünya çempionu olub.

Məlumat üçün bildiririk ki, avqustun 17-19-da qadın güləşçilər xalçaya çıxacaqlar. Böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında ölkəni Gültəkin Şirinova (50 kq), Əsmər Canqurtaran (53 kq), Birgül Soltanova (62 kq), Mərziyə Sadıqova (65 kq) və Nigar Mirzəzadə (68 kq) təmsil edəcəklər.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 157}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22