Главная > idman > Ronaldu “Yuventus”dan “Real”ın bu futbolçusunu almağı xahiş edib

Ronaldu “Yuventus”dan “Real”ın bu futbolçusunu almağı xahiş edib


15-05-2019, 10:49. Разместил: vasif
Ronaldu “Yuventus”dan “Real”ın bu futbolçusunu almağı xahiş edib


Madrid “Real”ının yarımmüdafiəçisi İsko Turinin “Yuventus” klubuna keçə bilər.

“Report” xəbər verir ki, İtaliya komandası futbolçu üçün 60 milyon avrodan çox pul ödəmək niyyətində deyil.

Transferə futbolçunun özünün də komandanı tərk etmək istəyi təkan verə bilər. Belə ki, “Real”ın baş məşqçisi Zinəddin Zidan gələn mövsüm İskoya ümid bəsləmir.

Bundan əlavə, İskonun Turin klubuna alınmasını Kriştianu Ronaldu da xahiş edib. Portuqaliyalının fikrincə, yarımmüdafiədə yalnız Miralem Pyaniç yüksək tələblərə cavab verir.
Вернуться назад