Главная > idman > 35 ölkənin idmançısı Bakıda — Avropa çempionatı başlayır
35 ölkənin idmançısı Bakıda — Avropa çempionatı başlayır16-05-2019, 11:09. Разместил: vasif |
Bu gün Bakıda bədii gimnastika üzrə XXXV Avropa çempionatı start götürəcək. Report xəbər verir ki, 4 gün davam edəcək yarışda 35 ölkənin idmançıları mübarizə aparacaqlar. Çempionatda fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edəcəklər. Milli Gimnastika Arenasında keçiriləcək yarışın ilk gününə gənclərdən ibarət qrup hərəkətləri komandalarının çıxışları olacaq. Mayın 17-də yalnız böyük gimnastlar xalça üzərində güclərini sınayacaqlar. Çempionatın 3-cü günü artıq komanda hesabında (böyük gimnastlar və gənc komandaların ortaq xalları əsasında) və qrup komandalarının çoxnövçülük yarışlarında qaliblərin adları müəyyənləşəcək. Turnirin son günündə isə ayrı-ayrı alətlər üzrə Avropanın ən yaxşı gimnastlarının adları məlum olacaq. Avropa çempionatında Azərbaycanı Zöhrə Ağamirova, Veronika Hudis, Mədinə Əsədova, Ləman Alımuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadə təmsil edəcək. Yarışın cədvəli 16 may, cümə axşamı 17:00 – 17:30. Açılış mərasimi 17:30 – 18:50. Gənclər: qrup hərəkətləri proqramı / çoxnövçülük (5 halqa) 17 may, cümə 12:00 – 13:50. Böyüklər: fərdi proqram / təsnifat / Qrup A (halqa və top) 13:50 – 14:30. Fasilə 14:30 – 16:00. Böyüklər: fərdi proqram / təsnifat / Qrup B (halqa və top) 16:00 – 16:10. Fasilə 16:10 – 18:00. Böyüklər: fərdi proqram / təsnifat / Qrup C (halqa və top) 18 may, şənbə 10:00 – 11:30. Böyüklər: fərdi proqram / təsnifat / Qrup B (gürzlər və lent) 11:30 – 11:40. Fasilə 11:40 – 13:30. Böyüklər: fərdi proqram / təsnifat / Qrup C (gürzlər və lent) 13:30 – 14:30. Fasilə 14:30 – 16:20. Böyüklər: fərdi proqram / təsnifat / Qrup A (gürzlər və lent) 16:20 – 16:40. Fasilə 16:40 – 18:00. Gənclər: qrup hərəkətləri proqramı / çoxnövçülük (5 lent) 18:10 – 18:25. Mükafatlandırma mərasimi (komanda hesabı) 18:25 – 18:40. Mükafatlandırma mərasimi (gənclər / qrup hərəkətləri proqramında çoxnövçülük) 19 may, bazar 12:00 – 12:40. Gənclər: qrup hərəkətləri proqramı / FİNAL / 5 halqa 12:45 – 13:25. Gənclər: qrup hərəkətləri proqramı / FİNAL / 5 lent 13:30 – 13:45. Mükafatlandırma mərasimi 13:45 – 14:30. Fasilə 14:30 – 15:50. Böyüklər: fərdi proqram / ayrı-ayrı alətlər üzrə FİNALLAR (halqa və top) 15:50 – 16:00. Fasilə 16:00 – 17:05. Böyüklər: fərdi proqram / ayrı-ayrı alətlər üzrə FİNALLAR (gürzlər və lent) 17:10 – 17:30. Mükafatlandırma mərasimi 17:30 – 17:40. “SmartScoring Shooting Star” mükafatı 17:40 – 18:10. Qala-konsert, bağlanış mərasimi Вернуться назад |