Главная > idman > Güləşçimiz ermənini məğlub edib Avropa çempionu oldu
Güləşçimiz ermənini məğlub edib Avropa çempionu oldu24-06-2019, 09:21. Разместил: vasif |
İtaliyanın Faenza şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı sona çatıb. Güləş Federasiyasına istinadla xəbər verir ki, altıncı yarış günündə 45, 51, 60, 71 və 92 kq-da çıxış edən güləşçilər mübarizəyə qoşulub. İlk mərhələdə Rusiya güləşçisiylə qarşılaşan Murad Haqverdiyev əzmkar qələbəyə sevinib. 1/4 finalda Moldova təmsilçisini çətinlik çəkmədən üstələyən Haqverdiyev adını yarımfinala yazdırıb. Türkiyə güləşçisiylə görüş gərgin mübarizə şəraitində keçib. Son saniyələrdə uğurlu fəndi icra edən Murad finala vəsiqə qazanıb. Həmyerlimiz iyunun 23-də baş tutan həlledici görüşdə gürcü rəqibinə uduzaraq gümüş medalla kifayətlənib. Вернуться назад |