Главная > idman > Tribunada Türkiyə bayrağını görüb aldı – Azərbaycanlı çempiondan jest – Video

Tribunada Türkiyə bayrağını görüb aldı – Azərbaycanlı çempiondan jest – Video


12-07-2019, 09:34. Разместил: vasif
Tribunada Türkiyə bayrağını görüb aldı – Azərbaycanlı çempiondan jest – Video

Xəbər verdiyimiz kimi, Azərbaycan atleti Nazim Babayev İtaliyanın Napoli şəhərində keçirilən XXX Yay Universiadasının qalibi olub.

“Qafqazinfo”nun məlumatına görə, 3 təkanla tullanma yarışında qızıl medala sahib olan 22 yaşlı idmançı sevincini Azərbaycan bayrağı ilə qeyd edib.

O, bu zaman tribunada əyləşənlərdən birinin əlində Türkiyə bayrağını görüb. Nazim Babayev Türkiyə bayrağını da dalğalandırmaq üçün həmin şəxsdən alıb.
Вернуться назад