fim.az

Azərbaycanda bu şəxslərin maaşı artıb

14-08-2018, 11:22

Azərbaycanda bu şəxslərin maaşı artıb















Azərbaycanda maliyyə sektorunda çalışanların orta aylıq nominal əməkhaqqı artıb.
Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici 2018-ci ilin yanvar-aprel ayları ərzində 1 551,8 manat təşkil edib. Beləliklə, bu sektorda çalışanların əməkhaqlaqında aylıq müqayisədə 135,4 manat və ya 9,6% artım qeydə alınıb.

Rəsmi statistikaya əsasən, dövlət sektorunda çalışanların orta aylıq nominal əməkhaqqı 1 389,4 manat olub, özəl sektorda isə bu göstərici 1 589,4 manat təşkil edib.
Qeyd edək ki, 2018-ci ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2017-ci ilin müvafiq dövrünə nisbətən 3,5% artaraq 538,8 manata yüksəlib. Əmək haqqı neft sektorunda 3 226,8 manat, qeyri-neft sektorunda 477,4 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 416,7 manat, özəl müəssisələrdə isə 706,1 manat olub.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 152}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22