fim.az

Bəzi marşrutlarda gediş haqqı azaldıldı

3-08-2018, 10:21

Bəzi marşrutlarda gediş haqqı azaldıldı















Bəzi marşrut xətlərinin tarifində yenidən dəyişiklik edilib.
Real xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova məlumat verib.

Onun sözlərinə görə, Tarif Şurasının iyulun 30-da qəbul etdiyi qərara əsasən, 501, 502, 503 saylı marşrut xətləri üzrə (Bakı-Sumqayıt) gediş haqqı 80 qəpik müəyyənləşdirilmişdi.
“Sakinlərin müraciəti nəzərə alınaraq Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən daşıyıcılarla danışıqlar aparıldı və həmin tarifin müəyyən müddət üçün 60 qəpik qismində müəyyənləşdirilməsi təmin edildi”, - deyə qurum rəsmisi bildirib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 405}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22