fim.az

"Turan Bank" Qarabağı erməni dilində təqdim edir - FOTOFAKT

17-08-2018, 13:22

"Turan Bank" Qarabağı erməni dilində təqdim edir - FOTOFAKT
















“Turan Bank” Azərbaycanın işğal altında olan torpaqlarını rəsmi saytında yerləşdirdiyi xəritədə erməni dilində təqdim edir.

Kommersant.az xəbər verir ki, “Turan Bank” rəsmi internet saytında filialları barədə məlumat verərkən “Google” şirkətinin xəritəsindən istifadə edib. Belə ki, bankın rəsmi internet saytında yerləşdirdiyi Azərbaycan xəritəsində işğal altında olan 20% torpağımıza aid olan ərazilərin adı böyük şriftlə erməni əlifbası ilə erməni dilində, yalnız aşağıda isə, bu dəfə niyəsə kiçik hərflərlə Azərbaycan dilində yazılıb.

Qeyd edək ki, digər banklar və şirkətlər “Yandex” şirkətinin xəritəsindən istifadə edir. O xəritədə isə Qarabağ bölgəsinə aid ərazi adları Azərbaycan dilində qeyd edilib. “Turan Bank”ın bunu bildiyi halda xəritəsində bu cür siyasi səhvə yol verməsi və mental dəyərləri birmənalı şəkildə ayaqlaması bankın müştərilərinə, aidiyyəti qurumlara, maliyyə nəzarətini həyata keçirən strukturlara məlumdurmu? Məhz bu sualın cavabsız qalmaması üçün "Turan Bank"ın saytında saxladığı həmin xəritənin fotosunu təqdim edirik:

"Turan Bank" Qarabağı erməni dilində təqdim edir - FOTOFAKT"Turan Bank" Qarabağı erməni dilində təqdim edir - FOTOFAKT


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 383}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22