fim.az

Bakıda torpağın qiyməti bahalaşır

26-09-2018, 11:38

Bakıda torpağın qiyməti bahalaşır















2018-ci ilin avqust ayında Bakıda torpaq bazarında bahalaşma müşahidə olunub.

Bunu Trend-ə “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, bir sot torpağın qiyməti 0.24 faiz artıb və orta hesabla bir sotun qiyməti 22.258 manat təşkil edib.

Ekspert bildirib ki, torpaq bazarında bahalaşmaya səbəb tikintinin qismən aktiv olmasıdır.

N.İbrahimov bildirib ki, ümumilikdə bu ilin sonunadək Bakının daşınmaz əmlak bazarında qiymətlər 6 faizə qədər bahalaşa bilər.

Onun sözlərinə görə, ümumilikdə paytaxtda daşınmaz əmlak bahalaşmaqdadır. Amma bu əsasən kommersiya mənzilləri, torpaq, fərdi və bağ evləri bazarları hesabına baş verir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 442}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22