fim.az

"Turkcell" Azərbaycanın idman mərc oyunlarının təşkilindən imtina etdi – Payını 19 milyona SATDI

1-11-2018, 10:26

"Turkcell" Azərbaycanın idman mərc oyunlarının təşkilindən imtina etdi – Payını 19 milyona SATDI















Azərbaycanın idman mərc oyunlarının təşkilinə 8 ilə yaxındır ki, investisiya yatıran "Turkcell” "Azerinteltek”dəki payını satışa çıxarıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, artıq şirkət öz payını "Baltech Investment LLC”-yə satıb.

"Turkcell' şirkəti "Azerinteltek”dəki paylarının satışı haqqında açıqlama da verib:

""Turkcell'in İnternet Texnologiya İnvestisiya və Məsləhətçilik Ticarət (İnteltek) şirkətində 55 faiz paya malik olub. "Azerinteltek”də sahib olduğu 51.000 AZN nominal dəyərdəki paylarının hamısını satışını həyata keçirib. Şirkət səhimlərini "Azerinteltek”də yüzdə 24,5 faiz paya malik olan "Baltech Investment LLC”-yə 19 milyon 530 min 177 avroya satıb. Hazırda satış alqı-satqısı ilə bağlı müqavilə üçün danışıqlar gedir, ətraflı ictimayyətə məlumat veriləcək”.

Qeyd edək ki, "Azerinteltek” QSC Azərbaycanın idman mərc oyunları sektorunda investisiya potensialını qiymətləndirmək məqsədi ilə 19 yanvar 2010-cu il tarixində təsis edilmişdir. "Azərinteltek” QSC-nin ticarət nişanı olan "TOPAZ” 2011-ci ildə Azərbaycanda ilk və yeganə qanuni idman mərc oyunu operatoru kimi fəaliyyətə başlayıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 153}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 2323331