fim.az

Azərbaycan bu ölkələrə meyvə-tərəvəz ixracını artıracaq

5-11-2018, 11:14

Azərbaycan bu ölkələrə meyvə-tərəvəz ixracını artıracaq
















Azərbaycan Baltikyanı ölkələrə meyvə-tərəvəz ixracını artırmaq niyyətindədir.

Bunu Trend-ə Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyev deyib.

Onun sözlərinə görə, bu istiqamətdə ixrac həcmi hələ böyük deyil, lakin bu ilin sonuna kimi artacaq və bundan sonra da artacaqdır.

“Hazırda Latviya ilə sıx əməkdaşlıq edirik və buna görə də digər iki Baltik ölkəsi ilə müqayisədə Latviya bazarına ixracın həcmi çoxdur”, – B.Quliyev deyib. O qeyd edib ki, Latviyada Azərbaycan Ticarət Evinin açılması Azərbaycanın meyvə və tərəvəzinin satışına müsbət təsir göstərir.

Assosiasiyanın sədri əlavə edib ki, bu gün Azərbaycan üçün Rusiya və digər MDB ölkələr əsas satış bazarları olaraq qalmaqdadır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 359}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22