fim.az

Sürücülük vəsiqəsinə görə rüsum artırıldı

6-11-2018, 13:25

Sürücülük vəsiqəsinə görə rüsum artırıldı















Sürücülük vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə yeni dövlət rüsumu qüvvəyə minib.

Bakupost xəbər verir ki, Daxili İşlər Nazirliyinin Kollegiyası bununla bağlı “Sürücülük vəsiqəsinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”də müvafiq dəyişiklik edib.

Noyabrın 5-dən qüvvəyə minən qərara əsasən sürücülük vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə artıq 18 manat deyil, 25 manat məbləğində dövlət rüsumu ödəniləcək.

Qeyd edək ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 29 iyun 2018-ci il tarixli qanuna əsasən sürücülük vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə dövlət rüsumunun məbləği 18 manatdan 25 manata qaldırılıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 496}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22