fim.az

Binədəki qəzadan sonra 160-ın avtobusları dəyişdi – Fotolar

8-11-2018, 13:12

Binədəki qəzadan sonra 160-ın avtobusları dəyişdi – Fotolar
















160 nömrəli marşrut xətti üzrə yeni avtobuslar xidmət göstərəcək.

BNA-dan daxil olan məlumata görə, marşrut xətti üzrə sərnişindaşıma fəaliyyətini həyata keçirən “Ayşən LTD” MMC ilə bağlanan müqaviləyə xitam verilib.

Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədrinin müvafiq sərəncamına əsasən xətt üzrə sərnişindaşıma xidmətinin göstərilməsi “Çinar-Trans” MMC-yə həvalə edilib.

Noyabrın 10-dan 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişinlərə “Çinar-Trans” MMC tərəfindən yeni avtobuslarla xidmət göstəriləcək.

Qeyd edək ki, oktyabrın 1-də sözügedən marşrut xəttinin avtobusu qatarla toqquşmuş, nəticədə 1-i şagird olmaqla 2 nəfər vəfat edib, 42 nəfər isə yaralanmışdı.
Binədəki qəzadan sonra 160-ın avtobusları dəyişdi – FotolarBinədəki qəzadan sonra 160-ın avtobusları dəyişdi – FotolarBinədəki qəzadan sonra 160-ın avtobusları dəyişdi – Fotolar


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 471}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22