fim.az

“Avtomobillərin qiyməti 2 min manat bahalaşacaq” - Gözlənti

5-01-2019, 09:33

“Avtomobillərin qiyməti 2 min manat bahalaşacaq” - Gözlənti














Yanvarın 1-dən etibarən Azərbaycana idxal olunan avtomobillərin aksiz vergisinin artırılması hələki nəqliyyat vasitələrinin qiymətinə təsir etməyib.

Bu barədə Azvision.az -a Əmlak Ekspert Mərkəzinin direktoru, əmlak eksperti Ramil Osmanlı bildirib. O, deyib ki, yanvar ayının sonlarından prosses özünü göstərməyə başlayacaq.
“İlin dəyişməsi ilə əlaqədar ölkəyə avtomobillərin idxalı dayanıb. Yəqin ilin sonuna doğru bazara yeni avtomobillərin daxil olması fonunda qiymət artımlarını tam olaraq təyin edə biləcəyik. Aksiz vergisinin tətbiqi ilə mühərrik həcmi böyük olan avtomobillərin qiymətlərində kəskin artım müşahidə ediləcək. Mühərrik həcmi 2 kub metrə qədər olan avtomobillərdə isə qiymətindən asılı olaraq 1000-2000 manat civarında artım müşahidə ediləcək”.

R.Osmanlı qeyd edib ki, ötən il də avtomobil bazarında qiymət artımı müşahidə edilib: “Tələb o qədər yüksək olmaya bilər. Lakin idxalın məhdudlaşması ilə təklif də azalıb. Avtomobillərin qiymətlərində artım daha çox ötən il müşahidə olunub. İstismarda olan köhnə nəqliyyat vasitələrinin qiymətlərində 10-15 faiz artım müşahidə edilib. Avtomobil bazarında baş verən dəyişikliklər və təklifin məhdudlaşması qiymət artımına səbəb olmuşdu. Yəqin ki, bu il də eyni tendensiya müşahidə olunacaq”.

Qeyd edək ki, yanvarın 1-dən ölkəyə idxal olunan avtomobillərin aksiz vergisi artırılıb. Ən aşağı aksiz dərəcəsi, mühərrikinin həcmi 2 litrə qədər olan avtomobillərdədir. Bu göstərici 1 kubsantimetr üçün 20 qəpikdən 30 qəpiyə qaldırılıb. Ən yüksək aksiz dərəcəsi isə mühərrikinin həcmi 5 litrdən artıq olanlardadır. Belə avtomobillərdə 1 kubsantimetr üçün vergi 40 manatdan 70 manata qaldırılıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 421}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22