fim.az

S.Novruzov: “Prezident problemli kreditlərin həlli ilə bağlı göstəriş verib”

21-02-2019, 13:23

S.Novruzov: “Prezident problemli kreditlərin həlli ilə bağlı göstəriş verib”















Müxalifətin mitinqlərdə səsləndirdiyi fikirlərin əsası yoxdur. Onlar hökumətin atdığı addımları öz adlarına çıxırlar”.

Report-un xəbərinə görə, bunu hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Növbəti mitinqin problemli kreditlərə həsr olunmasına münasibət bildirən YAP rəsmisi qeyd edib ki, hökumət Mərkəzi Banka, Maliyyə Bazarlarına Nəzarət Palatasına, ayrı-ayrı kommersiya banklarına müvafiq tapşırıqlar verib: “Bu məsələ araşdırılır, həlli istiqamətində addımlar atılır. Kreditlərlə bağlı məsələyə yanaşma iki cürdür. 1. Kənd təsərrüfatının inkişafı üçün fermer təsərrüfatı yaratmaq, kiçik sahibkarlıq obyektlərini yaratmaq və digər bu qəbildən olan sahələr üçün götürülən kreditlər. 2. Bahalı avtomobillərin alınması üçün və digər bu tip götürülən kreditlər. Tutaq ki, kimsə kredit götürüb, kənd təsərrüfatına sərmayə qoyub, amma hava şəraiti imkan verməyib, ona görə də borcu yaranıb. Buna yanaşma fərqli olmalıdır. Amma digəri isə əyləncəyə görə 200 min manatlıq maşın almaq üçün kredit götürüb və qaytara bilməyib. Bu isə yanaşma tam fərqli olmalıdır. Yəni, bu məsələlər araşdırılır… Təbii ki, kommersiya bankları var ki, uzun illərdir fəaliyyət göstərir, kifayət qədər gəlir götürüblər. Ona görə də problemli kreditlərlə bağlı banklar güzəşt etməlidirlər”.

S.Novruzovun vurğulamasına görə, müxalifət mitinq edir ki, problemli kreditlər həll ediləndə, desinlər, “Biz mitinq keçirdik, hökumət problemi həll etdi”.

Deputat sonra da əlavə edib: “Fevralın 19-da keçirilən Milli Məclisin plenar iclasında «Əmanətlərin tam sığortalanması haqqında» Qanuna dəyişiklik edildi. Dəyişikliklə Azərbaycanda əmanətlərin tam sığortalanması müddəti daha 1 il – gələn il martın 4-nə qədər artırıldı. Dünyanın heç bir yerində əmanətlər 100 faiz sığortalanmır. Yəni, Azərbaycanda bank bağlansa da, vətəndaş pulunu geri ala biləcək, dövlət bunu öz üzərinə götürür… Azərbaycan yeganə dövlətdir ki, əmanətləri 100 faiz sığortalayır. Bu da 8 milyarda yaxın vəsait tələb edir. Bu, insanların inam və etibarını artırır. Hələ ötən ildən prezident İlham Əliyev problemi kreditlərin həlli ilə bağlı göstəriş verib. İnsanlar müxalifətin yalanlarına uymamalıdır”.

Xatırlatdaq ki, 2015-ci ildə Azərbaycanda iki devalvasiya baş verib, manat dollar qarşısında iki dəfə dəyər itirib. Rəsmi məlumatlara görə, bu ilin əvvəlində vaxtı keçmiş kreditlərin həcimi 1.6 milyard manata yaxın olub. Bu müddət ərzində Konstitusiya Məhkəməsi iki dəfə problemli kreditlər məsələsi ilə bağlı müraciətə baxıb. Amma devalvasiyalardan əvvəl xarici valyutada götürülən kreditlərin mövcud məzənnə ilə qaytarılmasını əsaslı sayıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 364}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22