fim.az

Ordu üçün yeni ərzaq anbarları tikilib — FOTO / VİDEO

11-01-2020, 15:34

Ordu üçün yeni ərzaq anbarları tikilib — FOTO / VİDEO


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən şəxsi heyətin təchizat, təminat və sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hərbi hissə və obyektlərdə tikinti işləri davam etdirilir.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən "Ölkə.Az"a verilən məlumata görə, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Maddi-Texniki Təminat Baş İdarəsinin yeni ərzaq anbarlarının açılışında iştirak ediblər.

Müdafiə nazirinə inzibati və texniki ərazilərdə mövcud olan tikililər və inkişaf planı haqqında məlumat verilib. Bildirilib ki, burada quru ərzaq məhsullarının saxlanılması üçün soyuducu sistemlərlə təchiz olunmuş hər biri 500 tonluq bir neçə yeni anbar inşa edilib.
Bundan başqa Müdafiə nazirinə cəbhəboyu zonaya yaxın ərazilərdə də ərzaq anbarlarının tikintisinin davam etdirilməsi barədə məruzə edilib. Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyətinin ilboyu təzə və yüksək kalorili qida ilə təmin olunması, hərbi hissələrin ərzaq təminatına nəzarətin gücləndirilməsi, ərzaq məhsullarının daha keyfiyyətli saxlanılması və hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə əlaqədar müvafiq tapşırıqlar verib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 372}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22