fim.az

Yerli istehsal olan maskaların satışa çıxarılacağı vaxt açıqlandı — RƏSMİ

7-04-2020, 13:52

Yerli istehsal olan maskaların satışa çıxarılacağı vaxt açıqlandı — RƏSMİ


“Yerli maska istehsalı müəssisəsində artıq son quraşdırma işləri aparılır. Bizim yerli istehsal maskalarımız bir həftədən sonra apteklərdə satışa çıxarılacaq”.

Bunu “Bakı Tekstil Fabriki” MMC-nin təsisçisi Səkinə Babayeva jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, yerli istehsal olan maskaların qiyməti hələ müəyyənləşməyib:

“Yaxın iki gün ərzində Azərbaycan istehsalı olan maskaların satış qiyməti açıqlanacaq. Müəssisədə ilk 15 gün ərzində maska tələbatının gündəlik 30-40 faizinin qarşılanması nəzərdə tutulur”.

S.Babayeva qeyd edib ki, müəssisənin qurulmasında Türkiyədən dəstək alınıb.

Qeyd edək ki, istehsalçıya İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 1,2 milyon manat güzəştli kredit verilib. Müəssisənin yaradılması üçün investisiya xərcləri 3,9 milyon manat təşkil edir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 30}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22