fim.az

Bakıda daha bir yerüstü piyada keçidi tikildi - Fotolar

2-09-2020, 11:44

Bakıda daha bir yerüstü piyada keçidi tikildi - Fotolar


Mərdəkan-Buzovna-Bilgəh avtomobil yolunda yerüstü piyada keçidi inşa edilib.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bildirilir ki, bu qərar avtonəqliyyatın intensiv hərəkətini və yol boyu yaşayan sakinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq qəbul edilib.

Piyada keçidinin ümumi uzunluğu panduslarla birlikdə 180 metr təşkil edir. Keçiddə yaşlı adamların, fiziki məhdudiyyətli insanların, uşaq arabalı valideynlərin rahat hərəkətini təmin etmək üçün müasir, beynəlxalq standartlara uyğun, 80 maillikli piyada pandusları quraşdırılıb. Keçiddə, həmçinin müasir işıqlandırma sistemi qurulub.

Qeyd edək ki, sözügedən piyada keçidi Bakı şəhərində cari ildə inşa olunan sayca 4-cüdür. Bundan öncə Heydər Əliyev prospektində yeraltı, Moskva prospekti və Neapol küçəsində isə yerüstü piyada keçidləri inşa edilib.

Bakıda daha bir yerüstü piyada keçidi tikildi - FotolarBakıda daha bir yerüstü piyada keçidi tikildi - FotolarBakıda daha bir yerüstü piyada keçidi tikildi - FotolarBakıda daha bir yerüstü piyada keçidi tikildi - FotolarBakıda daha bir yerüstü piyada keçidi tikildi - Fotolar


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 257}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22