fim.az

Azərbaycanda sulfat turşusu istehsal ediləcək - VİDEO

19-01-2021, 14:10

Azərbaycanda sulfat turşusu istehsal ediləcək - VİDEO


Sənayeləşmə siyasətinə uyğun olaraq, ölkəmizdə yüzlərlə müasir sənaye müəssisəsi, yeni istehsal sahələri yaradılır, daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artır, ixrac imkanları genişlənir. Bunun bariz nümunəsi kimi Sumqayıt Kimya Sənaye Parkında Prezident İlham Əliyevin təməlini qoyduğu sulfat turşusu istehsalı zavodunu nümunə göstərmək olar.

“Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı layihəsi çərçivəsində tikiləcək zavodun investisiya dəyəri 6 milyon ABŞ dollarıdır. Zavodda ildə 20 min ton məhsul istehsalı nəzərdə tutulur.

Zavod ümumilikdə 1.5 hektar ərazini əhatə edəcək. Burada istehsal olunan sulfat turşusundan təbii mineral gübrələrin istehsalında, eyni zamanda neft və metallurgiya sənayesində istifadə olunacaq. Məhsullar “Made in Azerbaijan” brendi ilə həm daxili, həm də xarici bazara tədarük olunacaq.

“Azərsulfat” MMC-nin direktoru Emin Quliyev bildirib ki, bu layihə üçün investisiya həcmi 10 milyon manat planlaşdırılıb: “İllik 20 min ton istehsal gücünə malik zavodun tikintisinə start verilib. Bizim məqsədimiz Azərbaycanda yerli bazarı tam nəzarətdə saxlamaqdır. Digər mərhələ üçün turşunu Gürcüstana və Rusiyaya ixracı planlaşdırılır”.

Qeyd edək ki, Azərbaycanın ilk, Cənubi Qafqazın ən böyük sənaye parkı – Sumqayıt Kimya Sənaye Parkında artıq qeydiyyata alınmış 24 rezidentdən 15-i istehsal fəaliyyətinə başlayıb. Beləliklə, Sumqayıt Kimya Sənaye Parkında təməli qoyulan və açılışı edilən müəssisələrin timsalında əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin sənayeləşmə siyasətinə uyğun olaraq, mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi istiqamətində sistemli tədbirlər davam etdirilir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 95}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 2323331