fim.az

Azərbaycan xaricə qaz satışını 35% artırıb

24-08-2021, 11:07

Azərbaycan xaricə qaz satışını 35% artırıb


Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 24,1 milyard kubmetr qaz hasil edilib.

Bu barədə Energetika Nazirliyinin bu ilin yanvar-iyul ayları üzrə ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.

Məlumata görə, qazın 7,5 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan, 12 milyard kubmetri “Şahdəniz”dən əldə edilib. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə bu dövrdə 4,6 milyard kubmetri qaz hasil olunub.

Ötən ilin müvafiq dövrünə nisbətən 7,8%, yəni 1,7 milyard kubmetr artımla qaz hasil edilib.

Hesabat dövründə xaricə qaz satışı təxminən 10,4 milyard kub metr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 35% çoxdur. Cari ilin yanvar-iyul aylarında Türkiyəyə təqribən 5,2 milyard kub metr, Avropaya təqribən 4 milyard kub metr, Gürcüstana isə 1,1 milyard kub metr qaz ixrac edilib. Bu dövrdə BTC boru kəməri sisteminə 58,4 milyon kub metr qaz verilib. Qeyd edək ki, Türkiyəyə TANAP-la bu müddətdə 3,2 milyard kub metrdən çox qaz nəql olunub.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 232}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22