fim.az

"2024-cü ilədək ən ucqar kənddə belə internet olacaq" - Nazir

24-09-2021, 15:32

"2024-cü ilədək ən ucqar kənddə belə internet olacaq" - Nazir


“Bu gün dünyada 3.6 milyard insanın internetə çıxışı olmadığı kimi Azərbaycan da bundan hali deyil. Bu gün Azərbaycanda da kifayət qədər insanın internetə çıxışı yoxdur”.

Bunu bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Bakıda keçirilən “Post COVID -19 və 4-cü sənaye inqilabı perspektivlərində təhsilin dizaynı” mövzusunda beynəlxalq konfransda deyib.

“Qarşımızda duran məqsəd 2024-cü ilə qədər fiberin evə kimi çatdırılması məsələsi var. Bu baxımdan cənab prezidentin tapşırıqları var. Rəqəmsal transformasiya üçün lazım olan ana təməllərdən biri infrastrukturun qurulmasıdır ki, onun üzərində biz artıq çalışırıq. Tram məsuliyyətlə deyirəm ki, 2024-cü il bütün Azərbaycanda, ən ucqar kənddə belə inklüzivliyi təmin etmək üçün interneti çatdırmış olacağıq”,-deyə nazir bildirib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 104}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:0705114400