fim.az

Füzulidə güzəştli mənzillər tikiləcək

12-05-2022, 15:00

Füzulidə güzəştli mənzillər tikiləcək


Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində "MİDA" MMC Füzuli şəhərində 8.90 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar satınalmalar üzrə açıq tender elan edib.

"Tender 1 lot üzrə 1, 2, 3, 4, 5 ve 6 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi ilə bağlı keçirilir.

İddiaçılar öz tender təkliflərini 4 iyul 2022-ci il saat 17:00-dək Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 31 ünvana təqdim etməlidirlər. Tender təklifi zərfləri 5 iyul 2022-ci il saat 15:00-da "MIDA" MMC-də açılacaq.

Tenderdə iştirak haqqı 1200 manatdır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 101}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22