fim.az

Azərbaycan elektron ticarət əməliyyatları 3 dəfə artıb

16-06-2022, 10:28

Azərbaycan elektron ticarət əməliyyatları 3 dəfə artıb


Cari ilin ilk 4 ayı üzrə bank hesabları üzərindən ödəniş əməliyyatlarının 69%-i elektron daşıyıcılar üzərindən həyata keçirilib.

Bunu Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib. O bildirib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə aktivliyin 7% artdığını göstərir:

"2019-cu ildə bank kartları ilə nağdsız əməliyyatların həcmi 4,5 milyard manat təşkil etdiyi halda, cari ilin ilk 4 ayında 6 milyard manata çatıb. Əməliyyatların say baxımından 75%-i, həcm baxımından 40%-i nağdsız əməliyyatların payına düşür. Bu da müvafiq olaraq 10% və 13% artım deməkdir.

2022-ci ilin aprel ayında kartlarla elektron ticarət əməliyyatları illik müqayisədə 2,8 dəfə artıb. Həmçinin cari ilin aprel ayında ödəniş kartlarının həcmi 2 milyon ədəd və ya 20,2% artaraq 11,9 milyon ədədə çatıb".

"Azərbaycanda bank sektorunun aktivləri tarixində ilk dəfə 40 milyard manatı ötüb. Bu isə illik müqayisədə 22% daha çoxdur", - Z. Nuriyev əlavə edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 193}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22