fim.az

Qara çörəyin qiymətində üçqat BAHALAŞMA - FOTO

30-08-2022, 09:14

Qara çörəyin qiymətində üçqat BAHALAŞMA - FOTO


Azərbaycanda unun qiymətinin qalxmasından sonra 50 qəpiklik zavod çörəyinin qiymətində 15 qəpik, hətta daha çox bahalaşma müşahidə edilib. Artıq bu bahalaşma çovdar tərkibli qara çörəklərdə də baş verir.

Belə ki, “Eviar” MMC-nin “İvanovka” brendinə məxsus çovdar çörəklərinin qiyməti, habelə “Nömrə 1” çörək zavoduna məxsus bəzi çörək növlərinin qiymətində iki, hətta üçqat bahalaşma var.

Alıcılar bildirirlər ki, həmişə 0.80-1 manat civarında aldıqları qara çörək indi iki manatdan da baha qiymətə mağaza piştaxtalarına qoyulub.
Bizim.media bahalaşmanın səbəbini aydınlaşdırmaq üçün MMC-lərlə əlaqə saxlayıb.

Hər iki çörək zavodundan verilən məlumatda bildirilir ki, pəhriz çörəklərindəki qiymət artımı xammalların bahalaşması ilə bağlıdır:

“Pəhriz çörəklərinin də tərkibinə əla növ un qatılır. Həmçinin bununla yanaşı, çövdar unu və digər məmulatlar da əlavə olunur. Hazırda xammallar bahalaşdığı üçün pəhriz çörəklərinin qiymətində də bahalaşma var”.

Qara çörəyin qiymətində üçqat BAHALAŞMA - FOTOQara çörəyin qiymətində üçqat BAHALAŞMA - FOTO


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 175}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22