fim.az

Azərbaycanda da dollar bahalaşa bilərmi? - AÇIQLAMA

1-11-2022, 11:19

Azərbaycanda da dollar bahalaşa bilərmi? - AÇIQLAMA


Bu gün bir araya gələcək ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) sabah uçot dərəcəsi ilə bağlı yeni qərarını açıqlayacağı gözlənilir. Artıq qlobal birjalar FED-in potensial addımına reaksiya verməkdədirlər. 2022-ci ildə dollar 6 səbət valyutaya nisbətən kəskin möhkəmlənib. 57,6%-ni avro təşkil edən səbət valyutalar bu ilin geridə qalan aylarında dollara nisbətən ümumilikdə 20%-ə yaxın dəyər itiriblər.

Dollar yenidən bahalaşacaqmı?

İqtisadçı deputat Vüqar Bayramov bildirib ki, ötən həftə dollar ilə kursu bərabərləşən avro yenidən ABŞ pulundan ucuz təklif olunur: "Avropa Mərkəzi Bankının son qərarına rəğmən avronun məzənnəsində artımlar müşahidə olunmadı. ABŞ-da son 40 ilin ən yüksək inflyasiyasının müşahidə olunmasına baxmayaraq FED-in qərarları dolları möhkəmləndirməkdə davam edir".

Azərbaycanda da dollar bahalaşa bilərmi?

V. Bayramovun sözlərinə görə, Azərbaycan Mərkəzi Bankı ilin sonunadək manata təhdidlərin olmadığını bildirib: "Bununla yanaşı, Mərkəzi Bank tərəfindən mövcud məzənnə siyasəti nəzərə alınmaqla daha uzun müddətli dövr üçün rəsmi proqnozların elan edilməsi məqsədəuyğun olardı. Bu milli valyutada yığımlar və uzun müddətli sərmayə qoyluşları, xüsusən də yerli investisiya baxımından da vacibdir. Əvvəllər də qeyd etdiyimiz kimi, manatın məzənnəsinə ölkəyə daxil olan valyutanın həcmi, xüsusən də Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləği təsir göstərir. Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Təbii ki, xarici ticarət tərəfdaşlarımızda milli valyutalarının məzənnələrindəki dəyişikliklər də iqtisadi faktorlardan biridir".

"Bütün bunlar ilə yanaşı, Azərbaycan üzən məzənnə rejiminə keçmədiyi üçün manatın məzənnəsi birbaşa Mərkəzi Bankın qərarından asılıdır. Mərkəzi Bank prosesə tam intervensiya imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq", - deyə millət vəkili əlavə edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 153}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22