fim.az

Marketlərdə qiymətlər KƏLLƏ-ÇARXDA... - NƏ ETMƏLİ?

9-01-2023, 15:30

Marketlərdə qiymətlər KƏLLƏ-ÇARXDA... - NƏ ETMƏLİ?


Ölkədə ərzaq məhsulları ilə yanaşı, qeyri-ərzaq məhsullarının qiymətlərində də bahalaşma davam edir.

Belə ki, marketlərdə gündəlik istifadə olunan gigiyenik vasitələrin qiymətində xeyli artım nəzərə çarpır.

Cebhe.info əməkdaşı sözügedən vasitələrin qiymətlərini müqayisə etmək üçün bir neçə marketə baş çəkib. Bahalaşma daha çox toz yuyucu məhsullarda, sabun və şampunlarda müşahidə olunur.

Bəzi məhsullar var ki, qiymətləri 50 faizədək qalxıb. Ötən ay ən aşağı qiyməti 69 qəpik olan sabun məhsulları stenddə 79 qəpiyə, 9 manatdan başlayan toz yuyucu vasitələr 11 manata, 6 manatadan satılan şampun vasitələri isə 7 manata qoyulub. Ötən aylarda 22-23 manata satılan 4,5 kq-lıq toz yuyucu vasitələr isə 27-28 manata satılır.

Əvvəlki aylarda 3,39 manata satılan qab yuyucu vasitələri bəzi yerlərdə 4,89 manatdan satışa çıxarılıb.

Bundan əlavə, marketlərdə ötən ay 7 manat satış qiyməti qoyulan dezodorant və antiperspirantlar 8 manatdan təqdim olunur.

Baş çəkdiyimiz marketlərdə alıcılardan da fikirlərini öyrəndik. Onların sözlərinə görə, xüsusilə qeyri-ərzaq məhsullarında qiymətlər davamlı olaraq artmaqdadır: "Demək olar ki, hər gün 1 neçə qəpik artım görünür". Qeyd edək ki, ötən ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-sentyabr aylarına nisbətən 113,4 faiz təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi 119,3 faiz, qeyri-ərzaq məhsulları üzrə 107,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,2 faiz təşkil edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 127}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22