Главная > iqtisadiyyat > Azərbaycanda 42 km-lik bu yol yenidən qurulur

Azərbaycanda 42 km-lik bu yol yenidən qurulur


8-11-2018, 10:48. Разместил: vasif
Azərbaycanda 42 km-lik bu yol yenidən qurulur
















Zaqatala-Aşağı Tala-Üçüncü Tala-Dağlı-Muğan marşrutu üzrə yaşayış məntəqələrini birləşdirən avtomobil yollarının 3 istiqamət üzrə yenidən qurulması yekunlaşmaq üzrədir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu, Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 128-ci kilometrindən ayrılan 9.8 kilometr uzunluğa malik III texniki dərəcəli respublika əhəmiyyətli Zaqatala dəmir yolu stansiyası avtomobil yolu, IV texniki dərəcəli 24 kilometr uzunluğa malik yaşayış məntəqələrini birləşdirən yollar və 8.2 kilometr uzunluğunda yaşayış məntəqələrinin daxili yollarıdır.

Layihəyə uyğun olaraq yollar boyu 97 min kubmetr həcmdə mövcud asfalt-beton örtüyü sökülərək daşınıb, deformasiyaya uğramış örtük, yararsız yol əsası və torpaq yatağı qazılaraq çıxarılıb və kənarlaşdırılıb. Bunun əvəzinə 136 min kubmetr həcmdə yolun torpaq yatağının təmiri, qazılmış hissələrin yenidən bərpası və yolun torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılması üçün xüsusi qrunt gətirilərək yayılıb və kipləşdirilib.

Layihənin sonuncu mərhələsi üzrə 17 min kvadratmetr sahədə çiyin hissələr optimal-qırmadaş materialı ilə bərkidiləcək, 2700 kvadratmetr sahədə 33 yol birləşməsi əsaslı şəkildə təmir ediləcək, 12 nöqtədə avtobus dayanacağı inşa ediləcək, hərəkətin normal təşkili üçün 203 yol nişanı, 34 kilometr göstəricisi və 970 siqnal dirəyi quraşdırılacaq, 125 kilometr uzunluğunda yol-cizgi və yolgöstərici xətlər çəkilməklə 42 kilometr uzunluğa malik Zaqatala-Aşağı Tala-Üçüncü Tala-Dağlı-Muğan marşrutu üzrə yeni və müasir yol infrastrukturu yaradılacaq və vətəndaşların istifadəsinə veriləcək.
Вернуться назад