fim.az

Bakı metrosunda dəhşət - Ər arvadını bıçaqladı

5-09-2018, 11:22

Bakı metrosunda dəhşət - Ər arvadını bıçaqladı
















"Bakı Metropoliteni"ndə bıçaqlanma hadisəsi baş verib.

Oxu.az bildirir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, hadisə "Nəsimi" metro stansiyasında baş verib:

"Bu gün saat 19:23 radələrində metronun platformasında ər və arvad mübahisə edib. Kişi həyat yoldaşına iki bıçaq zərbəsi yetirib. Qadın təcili tibbi yardımla xəstəxanaya aparılıb".

B. Məmmədov qeyd edib ki, qadını bıçaqlayan həyat yoldaşı polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 127}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22