fim.az

Kürəkəninin üzünü “kislota” ilə yandıran qayınana ruhi-əsəb dispanserinə yerləşdirildi

7-09-2018, 13:16

Kürəkəninin üzünü “kislota” ilə yandıran qayınana ruhi-əsəb dispanserinə yerləşdirildi
















Sabunçu Rayon Məhkəməsində kürəkəninin üzünü “kislota” ilə yandıran qadının ruhi dispanserə yerləşdirilməsi ilə bağlı məhkəmə baxışı olub.
Hakim Ziya Şirinovun sədrliyi ilə keçirilən məhkəmə prosesində cinayət məcəlləsinin 126.1-ci (qəsdən bədənə ağır xəsarət yetirmə) maddəsi ilə təqsirləndirilən Əsədova Kəmalə Kamil qızının 1 saylı ruhi-əsəb dispanserində müalicə alması barədə qərar qəbul edilib.
Belə ki, bu ilin aprel ayında Əsədova Kəmalə Kamil qızı gecə saatlarında kürəkəninin evinə gələrək, yatdığı yerdə onu "kislota" ilə yandırıb. Xəstəxanaya yerləşdiilən Tərlanın vəziyyəti olduqca ağır kimi qiymətləndirilir. Zərərçəkənin anası Sahilə xanımın sözlərinə görə, sirkə turşusu onun bədənini o dərəcədə əridib ki, kürək hissədən bağırsaqları görünür. Gözləri də tutulan Tərlan ağrılar səbəbindən çətinliklə danışa bilir.

Tərlan, hadisə barədə ancaq bunları söyləyə bilib: "2015-ci ildə Sumqayıt şəhərində doğulub-böyüyən Əsədova Gülər Ərşad qızı ilə ailə qurmuşam və Oğuza gətirmişəm. Oğuz rayonunda davasız-problemsiz yaşamışıq. Bir müddətdən sonra anası Sumqayıtdakı evlərini satıb övladlarını ayırmaq istəyib."
Hadisənin dəqiq hansı səbəbdən baş verməsi istintaq araşdırmalarının sonunda bəlli olacaq.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 383}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22